Təqvim
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Xocalı soyqırımının qurbanları anılıb (+FOTOLAR)
02 mart 2019 - 04:20

Canveten.az xəbər verir ki,  Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirilib. Toplantını giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov xalqımıza qarşı törədilən ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümünün yüksək səviyyədə keçirildiyini qeyd edərək faciənin qurbanlarının xalqımız tərəfindən daim ehtiramla yad olunacaqlarını bildirib.

Tədbirdə qonaq qismində iştirak edən kinorejissor, əməkdar incəsənət xadimi Elxan Cəfərov hələ Sovetlər Birliyi dövründə iki xalqın nümayəndələrinin birgə yaşayış həyatı sürdüklərini xatırladaraq bir-birinə güllə atmayan, müharibənin nə olduğunu bilməyən insanların birdən birə silahlı toqquşmaların meydanında olmasını vurğulayıb. O, ikinci dünya müharibəsi dövründə xalqımızın nümayəndələri tərəfindən göstərilmiş qəhrəmanlıq nümunələrini qeyd edib və bu hadisələrin yaddaşlarda həkk olunduğunu diqətə çatdırıb. Artıq öz həyatımızda belə faciəvi hadisələrin şahidi olduqda bunun qəbul olunmasının çox dəhşətli olduğunu vurğulayan E.Cəfərov bu faciələrin heç də kədərli qəbul edilməməsini, bu hadisənin xalqımızın qəhrəmanlıq səhifələri olduğunu bildirib. Kinorejissor “Dolu” filminin yaradılmasından, çəkiliş meydanında baş vermiş hadisələrdən tədbir iştirakçılarına danışdı.

Tədbirdə çıxış edən kitabxananın direktoru Azadə Orucova və digərləri həmin dəhşətli gecədə baş verən hadisələri xatırladıb, Xocalı faciəsində və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı şəhid olmuş xalqımızın qəhrəman övladlarını, o cümlədən kollektiv üzvlərinin qohumları olmuş şəhidləri böyük ehtiramla anıblar.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib.Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

Elnur Məmmədli

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ, ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə