Təqvim
Xocalı soyqırımının qurbanları dünyanın bir çox ölkəsində yad ediləcək
21 fevral 2019 - 03:57

 Canveten.az xəbər verir ki, hər il olduğu kimi, bu il də Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində soyqırımı qurbanlarının xatirəsi anılır, qətliamın dünya ictima­iyyətinə tanıdılması istiqamətində müxtəlif tədbirlər keçirilir.

Artıq bəzi ölkələrdə Azər­baycan diasporunun  təşkilatçılığı ilə Xocalı qətliamının 27-ci ildönümünə həsr olunmuş tədbirlərə start verilib.  

Bu il Amerika Birləşmiş Ştatları, Kanada, Avropa ölkələri, Latın Amerikası ölkələri və Avstraliya da daxil olmaqla dünyanın 50-dən çox ölkəsində Xocalı soyqırımının qurbanları yad edilir.

ABŞ tarixində ilk dəfə olaraq azərbaycanlılara məxsus olmayan qeyri-hökumət təşkilatları - Amerika Sefardlar Federasiyası, Amerika Müsəlmanları Liderləri İttifaqı fevralın 25-də Xocalı soyqırımı qurbanlarına həsr edilmiş geniş tədbir keçirəcəkdir. Fevralın 17-də ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Holokost Muzeyi və Təhsil Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. Bununla yanaşı, ABŞ-ın Vaşinqton, Nyu-York, Bruklin, Boston, Solt Seyk Siti, Çikaqo və Meyn şəhərlərində, o cümlədən Florida Ştatında da fevralın 26-dək Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbirləri təşkil olunacaq.

 Fevralın 23-dən etibarən Kanadanın Toronto, Edmonton, Ottava şəhərlərində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Türkiyənin İzmir, İstanbul, Kahramanmaraş, İğdır, Kayseri kimi şəhərlərində, Kocaeli vilayətində Xocalı mövzusunda konfrans, fotosərgi və s. tədbirlərin təşkili planlaşdırılır. Bununla yanaşı, Gürcüstanda da fevralın 26-dək ölkənin Marneuli və Laqodexi rayon­ların­da, eləcə də paytaxt Tbilisidə Xocalı qətliamına həsr olunmuş yürüşün təşkili, məlumatlandırıcı bukletlərin paylanılması, sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulur.

Xocalı qətliamının qurbanları Almaniya, Fransa, Belçika, Niderland, Avstri­ya, Finlandiya, Estoniya, Macarıstan, Serbiya, Latviya, Rumıniya, İs­veç­rə, Yunanıstanda da yad ediləcək. Fevralın 23-də Belçika Krallığının Brüssel şəhərində Lüksemburq meydanında keçiriləcək mitinqin də əsas şüarlarını “Xocalıya Ədalət”, “Xocalıya biganə qalma” kimi çağırışlar təşkil edəcəkdir.

Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Perm şəhərləri daxil olmaqla, 25-dən çox regionunda Xocalı soyqırımının ildönümünə həsr edilmiş müxtəlif formatlı anım mərasimləri keçiriləcək. Bundan başqa Tacikistan, Qazaxıstan, Özbəkistanda da faciə ilə bağlı xatirə gecələri, film nümayişi və sərgilərin təşkili, eləcə də beynəlxalq təşkilat­lara etiraz bəyanat­larının göndərilməsi nəzərdə tutulur.

Qeyd edilənlərlə yanaşı, İsrailin paytaxtı Tel-Əvivdə və Akko şəhərində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimləri keçiriləcəkdir.

Diaspor təşkilatlarından Dövlət Komitəsinə daxil olan məlumatlara görə, ümumilikdə 50-dən çox ölkədə, 100-lərlə şəhərdə 170-dən çox anım tədbirinin keçirilməsi planlaş­dırı­lır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə