Təqvim
QAZİ QAZİNİN HAQQINA GİRMƏZ !.. Aida Eyvazlı yazır...
15 fevral 2019 - 01:46

 Çox təəssüf... Çox heyifsilənirəm. Mənim bu qeydimi heç də qərəzli bilməyin. Qarabağ, Vətən torpağında bir güllə yarası alan, qızıl qanı o torpaqlara tökülən hər bir vətən övladı mənim üçün dəyərli və əzizdir. Aprel döyüşlərindən sonra Ordumuzda başqa cür ruh yüksəkliyi var, Aprel döyüşləri bizə şərəf gətirdi. Biz başqa cür olduq. Qürurlandıq. Bu qüruru bizə o döyüşlərə gedənlər yaşatdılar. Amma nə heyiflər olsun ki, bəzən görürsən ki, söhbət aprel döyüşlərindən gedir, lakin həmin döyüşdə olmayanlar da özlərini aprel döyüşçüsü kimi yazdırır, tədbirlərdə ön plana keçirlər. Mən belə hesab edirəm ki, söhbət aprel döyüşlərindən gedəndə böyük kürsülərə o döyüşlərdə iştirak edən polkovnik qazi Elşən Qarayev, zabit qazi Əhliyyət Mehdiyev, zabit Azər Məmmədov, ... kimi qazilərimiz çıxmalıdırlar. Və sonra söz digər vaxt qəhrəmanlıq göstərənlərə verilməlidir. 

Bu gün da dost olduğum xəbər saytlarımızda belə bir xəbər diqqətimi çəkdi ki, Kamil Musəvi aprel döyüşündə qazi olub. Belə deyil. Kamil Musəvi özü əvəllər deyirdi ki, 2013-cü ildə öz minamıza düşərək partlayışda qazi olub. Allah canını sağ eləsin. Mənim üçün bir maraqlı olan cəhət də odur ki, niyə qazimiz gözündəki o bint sarğını açmır. Axı bizim dövlətimizin qazilərimizə qayğısı çox böyükdür. Kənardan baxan millətlər, hərbçilər elə bilirlər ki, Azərbaycan dövlətinin onun gözünü əvəzləməyə imkanı yoxdur. Adətən belə gözün zədələnməsindən sonra, yerinə süni imolant göz qoyulur. 2013-cü ilin mina partlayışından düz 6 il keçib. Belə çıxır ki, Kamil Musəvinin gözünü formaya salmağa dövlətimizin və səhiyyəmizin gücü çatmır. Məsələn mina partlayışı nəticəsində 2015-ci ildə hər iki gözünü , bir qolunu itirən xüsusi təyinatlı qüvvələrin XTQ-nin giziri Nəzər Abdurəhmanov həm də bir qəhrəmandır. Sözün əsil mənasında qəhrəman!!! Yəni olduğumuz kimi görünək. Aprel döyüşçüləri adından danışıb APREL QƏhHRƏMANLARInın arasında qıcıq yaratmayaq. Aprel döyüşçülərimiz torpaq alıb qəhrəman adı qazanıblar. Gəlin əsil qəhrəmanlarımızı yaxından tanıyaq. Tədbirlərə döyüşlərdə şücaət göstərənləri çağırın ki, gənclik də kimin kim olduğunu bilsin.Minaya düşmək düşmənlə üz-üzə döyüşmək demək deyil. Bunu da bilin. Çox vaxt minaya düzgün mövqe seçmədiyinə görə də düşə bilirsən. Bir səhv bahasına həyatını itirirsən. Bu bir tale yazısıdır. Ancaq Vətənimiz, dövlətimiz onların da haqqını ödəyir. Qan haqqını.

Sayt rəhbərləri, jurnalist dostlarım, aprel döyüşləri və döyüşçüləri haqqında sualınız olanda mənə müraciət edin. Ən doğrusunu mən deyəcəm.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə