Təqvim
Nazirlik gənc şairləri ASAN Könüllüləri ilə görüşdürdü (+FOTOLAR)
06 fevral 2019 - 14:18

Canveten.az xəbər verir ki,  fevralın 4-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə AYB-nin üzvləri, gənc şairlər Tural Turan, İntiqam Yaşar və Emil Rasimoğlu ilə oxucuların görüşü keçirilib.

Görüş Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş tutub. Tədbiri giriş sözü ilə AYB Gənclər Şurasının sədri Elşad ərşadoğlu açıb.

O bildirib ki, oxucularla görüşü keçirilən şairlər ən yeni dövr Azərbaycan ədəbiyyatında öz üslubları və nəfəsləri ilə seçilir. 

Sonra oxucular gənc yazarların keçdikləri yaradıcılıq yolu barədə məlumatlandırılıb. Onların hər üçünün yaradıcılıqlarına qısa nəzər salınıb.Daha sonra şairlərə söz verilib. 

Oxucular önündə çıxış edən gənc şair İntiqam Yaşar çağdaş Azərbaycan poeziyasında ənənəvi üslublara nəsildaşları tərəfindən yeni rənglərin, ilmələrin hansı səviyyədə işləndiyindən bəhs edib. O, heca şeirinin dünya poeziyasının ana xəttini təşkil edən ağ şeirlə atbaşı getdiyini oxucuların diqqətinə çatdırıb.  

Sonra şair Tural Turana söz verilib. Gənc şair hazırda Azərbaycan poeziyasında yeni orijinal üslublu imzaların kasadlığından danışıb. Şair təssüf hissi ilə qeyd edib ki, son dövlər ədəbiyyatda plagiatlıq, yazarlarda dil sərrastlığı problemi yaşanır ki, bu da ümumilikdə ən yeni nəsil ədəbiyyata gələn imzaların bədii yaradıcılıq ömrünü daha da qısaldır. Gənc şairlərin oxucu qıtlığından əziyyət çəkdiyini deyən Tural Turan əslində bunun səbəbinin oxuma mədəniyyətinin aşağı səviyyədə olması ilə əsaslandırıb. Şair Azərbaycan poeziyasının 2010-cular nəslində Fuad Cəfərli, Ulucay Akif, Furqan, Fəridə Uğur, Aqşin Evrən və sair kimi parlaq imzaların olduğunu da xüsusi vurğulayıb.

Daha sonra çıxış edən gənc şair Emil Rasimoğlu müasir dövr Azərbaycan ədəbiyyatında ədəbi cərəyanların hazırkı durumu, yazarlarımızın çoxşaxəli mövzu seçimi və ədəbi ictimaiyyətə təqdim olunan bədii mətnlərin struktural təhlilindən danışıb. Şair bildirib ki, son dövrlərdə Azərbaycan ədəbiyyatında “inkarı inkar” anlayışı ilə modernizmin yoğrulması müşahidə olunmaqdadır. Şair bunun doğru və yanlış boyutları barədə nitq söyləyib.

Eyni zamanda, tədbirdə gənc yazarlardan Fuad Cəfərli, Taleh Mansur və başqaları çıxış edib.

Görüş zamanı şairlər oxucular önündə yeni şeirlərini səsləndiriblər. Qarşı tərəfdə maraq doğuran sualları cavablandırıblar. 

Tədbirin sonunda şairlər oxucular üçün  yeni çapdan çıxmış kitablarını imzalayıb və onlarla xatirə şəkli çəkdiriblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə