Təqvim
“Lady Sharm” vətəndaşları aldatmağa davam edir – “Deyilənlər yalandır…” – Fotofakt
05 fevral 2019 - 22:18

Dünən Bakının məşhur brend mağazası kimi tanınan “Lady Sharm” da hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən əməliyyat keçirildi. Məlum oldu ki, burada Çindən gətirilən ucuz və aşağı keyfiyyətli malların üzərinə dünyaca məşhur brend şirkətlərin etiketləri tikilərək insanlar aldadılır. Bunun üçün hətta xüsusi sexlərin fəaliyyət göstərdiyi ortaya çıxıb.

Minval.info xəbər verir ki, fırıldaqçılıq işi ilə əlaqədar şirkətin məsul şəxsləri məsuliyyətə cəlb olunub və əməllərini etiraf edib. Amma “Lady Sharm” mağazalar şəbəkəsinin sosial media hesabı əvvəlki kimi fəaliyyət göstərərək mallarını satmağa çalışır. Səhifəni izləyən istifadəçilər buna etiraz edərək bir gün öncə bütün televiziya kanallarında və elektron media orqanlarında onların fırıldaqçılıqla məşğul olduğu barədə yayılan rəsmi məlumatı diqqətə çatdırıb.

Maraqlıdır ki, “Lady Sharm”ın admini deyilənlərə “əlbəttə, yanlış məlumatdır” reaksiyası verib. Həmçinin səhifədə qeyd edilib ki, mağazanın filialları fəaliyyətini davam etdirir. Bununla “Lady Sharm” mağazaları satışını davam etdirməkdə israrlı görünür. Bəzi xəbərsiz olan insanları cəlb edərək ucuz və aşağı keyfiyyətli malları brend adı altında baha qiymətə satmağa çalışır.

Xatırladaq ki, dünən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının (DİN) “Lady Sharm” mağazalar şəbəkələrində keçirilən xüsusi əməliyyatla bağlı rəsmi açıqlama yayıb. Qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri dünyaca məhşur bredlərin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.

“Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib.

Samir Mirzə / Minval.info

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə