Təqvim
Rus alim xəritə yaydı - İrəvan Azərbaycan ərazisidir (+ViDEO)
30 yanvar 2019 - 14:15

Tədqiqatçı Oleq Petrenko Azərbaycan tarixinə dair faktların və xəritələrin araşdırılmasını davam etdirdiyi növbəti videonu Yutub kanalında yerləşdirib.

"BI" axar.az-a istinadən xəbər verir ki, videosujetdə tədqiqatçı Azərbaycanın son 200 illik tarixi barədə danışır, bu tarixin təhrif edilməyə və silinməyə çalışıldığını qeyd edir.

MKİ sənədlərindən

Petrenkonun sözlərinə görə, o, üzərindən məxfilik qrifi götürülmüş MKİ sənədlərini tədqiq edib.

“2016-cı ildə MKİ-nin saytında bu sənədin üzərindən məxfilik qrifi götürülüb. Başlanğıcda bolşeviklərin insanlara din, mədəniyyət azadlığı və hüquq bərabərliyi ilə bağlı söz verdiyi barədə oxuya bilərsiniz. Təbii ki, Qafqaz xalqları bu zaman öz sərhədlərini bərpa etmək üçün imkan gördülər. Belə ki, çar dövründə ərazilər zorla Rusiyanın tərkibinə daxil edilmişdi. Beləliklə, bolşeviklər xalqı üsyanlara qoşulmağa inandıra bildilər”, - tarixçi bildirib.

MKİ sənədlərinə görə, bolşeviklərinin verdiyi sözlər sadəcə taktiki manevr olub.

“Yaradılan müstəqil müsəlman dövləti Qırmızı ordu tərəfindən dağıdıldı. 1929-cu ildə islam dininə qarşı birbaşa hücumlar başladı. İslam liderləri həbslər və deportasiyalarla məhv edildi. Kommunistlərin hakimiyyətə gəlişinə qədər 300 məscidin olduğu Daşkənddə sadəcə 20 məscid qaldı. 360 məscidi ilə fəxr edən Buxarada isə cəmi 1 məscid saxlandı. Müsəlman ölkəsinin paytaxtı olan Alma-Atıda ümumiyyətlə bir dənə olsun məscid qalmadı”, - Petrenko bildirib.

MKİ-nin hesabat sənədinin sonunda sadalanan bütün faktları təsdiqləyən rəsmi sənədlər və materiallara istinad göstərilib.

Bundan sonra, tədqiqatçı Rusiya İmperiyasının qanunlarının (1723-1727) toplusunun yeddinci cildinin 306-cı səhifəsindən məlumatlar verir. Burada Ardabad, Təbriz, Təbriz gölü, Mərənd, Marağa və digər ərazilərin Azərbaycan əyalətləri olduğu qeyd olunur.

Rusiya imperatoru I Pavelin 1799-cu ilin 16 aprelinə aid reskriptindən də biz Azərbaycan torpaqları və Azərbaycan xanlarının siyasi gücü barədə öyrənirik:

“Osmanlı İmperiyası ilə sərhəd olan Azərbaycanın tərkibinə daxil olan Gürcüstan və müxtəlifnəsilli ləzgilər xüsusi xanlar – Gəncə, İrəvan, Qarabağ xanları vasitəsilə idarə olunurlar”.

Vatikan arxivlərindən

Tədqiqatçının sözlərinə görə, Vatikanın gizli arxivlərində saxlanılan xəritələr də mövcuddur.

“Bu xəritələr Böyük Britaniya, Hollandiya və Fransa tərəfindən təsdiqlənmiş beynəlxalq etibarlılığa malikdir. Ölkə sərhədlərinin göstərildiyi bu xəritələrdə digər rayonlarla yanaşı İrəvan şəhəri də Azərbaycanın tərkibində göstərilir”, - ekspert qeyd edir.

Onun sözlərinə görə, 1679-cu ilə aid xəritədə Azərbaycan tərkibinə Qarabağ, İrəvan, Dərbənd və Təbrizin də daxil olduğu Medya adı ilə göstərilir.

“1914-cü ildə Sərdar sarayı tamamilə dağıdılıb. Sonuncu xan Hüseyn xan Qacar türk köçəri qacar tayfalarından idi. Qacarlar isə mənbələrə əsasən azərbaycanlıların subetnik qrupu sayılır”, - Petrenko bildirib.

Videoda Azərbaycan, Türkiyə və ya İran mənbələrindən istifadə edilməyib. ABŞ, Almaniya, Fransa, Hollandiya və Rusiya imperiyasının məlumatları və xəritələrinə müraciət edilib.

"BI" axar.az-a istinadla sözügedən videonu təqdim edir: 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə