Təqvim
Prezident İlham Əliyev: Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir
25 yanvar 2019 - 00:07

Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir. Çünki yaxşı yaşayan vətəndaşlar dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır. Ancaq aztəminatlı təbəqə, orta təbəqə dövlət tərəfindən qorunmalıdır və qorunur. Bu, sosial ədalət prinsipidir. Biz bu yolla gedirik. Biz bazar iqtisadiyyatı prinsipi əsasında yaşayırıq, eyni zamanda, vətəndaşların sosial təminatı da daim diqqət mərkəzindədir. Beləliklə, biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik.

AZƏRTAC xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 77-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2016-cı il dekabrın 2-də Zərdab Mərkəzi Rayon Xəstəxanasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlığı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2016-cı ilin noyabr ayından dekabradək olan dövrü əhatə edir.

Kitaba Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Belarus Respublikasının Prezidenti və İsrail Dövlətinin Baş naziri ilə apardığı danışıqlar, habelə imzalanan sənədlər barədə informasiyalar, dövlət və hökumət başçılarının mətbuata bəyanatlarının mətnləri daxil edilib. Nəşrdə, həmçinin Prezident İlham Əliyevin "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən bir qrup din xadimini, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini, ABŞ və Böyük Britaniyanın yüksəkvəzifəli nümayəndə heyətlərini qəbul etməsi barədə materiallar yer alıb.

Oxucular bu kitabda ölkə rəhbərinin Füzuli, Tərtər və Ağdam rayonlarına səfərləri zamanı 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhənin təmas xəttində törətdiyi təxribatlar nəticəsində ziyan dəymiş evlərin tikintisi və bərpası ilə tanışlığı, xəstəxanalara gedərək Aprel döyüşlərində yaralanmış əsgərlərə baş çəkməsi, həmçinin bölgələrdə iqtisadi və sosial infrastruktur, mədəniyyət obyektlərinin, təhsil müəssisələrinin yeni binalarının açılışlarında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri barədə materiallarla tanış ola bilərlər.

Kitabda dövlətimizin başçısının "Teatr və multikulturalizm” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransının, "Bakutel-2016” XXII Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi və konfransının iştirakçılarına müraciətlərinin, Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılışı mərasimindəki nitqinin mətnləri də toplanıb.

 

Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.

"Azərnəşr” tərəfindən buraxılan 77-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə