ŞƏHİD
Dağdan arana yenən
köçüm şəhiddi mənim.
Dırnaq töküb əbrəşim,
qoçum şəhiddi mənim.
Qəm geydim, düymələndim;
çuxam sucaqdı, nəmdi...
Qardaş qolu qələmdi,
bacım şəhiddi mənim.
İl sökür, il aparır -
varımı yel aparır,
taxtımı sel aparır,
tacım şəhiddi mənim.
Anam görsə tanımaz,
Dərd darışıb canıma,
Qolum düşüb yanıma,
qıçım şəhiddi mənim.
Dərin yaram ağrıyır,
Əldə Quran ağlıyır,
Sənin haran ağrıyır? –
İçim şəhiddi mənim!
Bütün hüquqlar qorunur © 2026