Təqvim
“DONUZ QRİPİ” VİRUSLARIN ƏN TƏHLÜKƏLİSİDİR
11 yanvar 2019 - 00:37

Bu xəstəlik hava-damcı yolu ilə keçdiyi üçün çox diqqətli olmalıyıq

 

"Transsərhəd zonalarında, sərhəd keçid məntəqələrində adamlar ciddi yoxlanılmalı, şübhəli adamlar karantində saxlanmalı, əhaliyə mütəmadi tövsiyələr verilməli, camaata deyilməlidir ki, gur olan yerlərdə görünməkdən ç

 

Qonşu Gürcüstanda virus tüğyan edir. Daha bir qadın "donuz qripi”ndən ölüb.

Bununla da Gürcüstanda H1N1 qripindən ölənlərin sayı 10 nəfərə çatıb. Bu gündən etibarən ilkin tibbi yardımın göstərilməsi üçün Gürcüstanın beş tibb müəssisəsi 24 saatlıq iş rejiminə keçir. Gürcüstan Səhiyyə Nazirliyi qripin əlamətləri yaranan zaman əhalini dərhal həkimlərə müraciət etməyə çağırıb. Son məlumatlara görə, laboratoriya araşdırmaları nəticəsində 158 nəfərdə "donuz qripi”nin olması təsdiq olunub. 

Qadın iki həftə əvvəl xəstəxanaya çatdırılsa da, müalicə effektli olmayıb. Həkimlərin rəyinə əsasən, qadını xroniki xəstəliklərinə görə və həkimə gec müraciət etdiyinə görə müalicə etmək mümkün olmayıb. Ona daha öncə digər bir klinikada "donuz qripi” diaqnozu qoyulsa da, o, müalicəni evdə davam etdirməyi üstün tutub, lakin vəziyyəti ağırlaşdıqdan sonra təkrar xəstəxanaya yerləşdirilib. Mütəxəssislər fevral ayında "donuz qripi”nin yeni dalğasının baş verəcəyini güman edir.

"Donuz qripi” kimi tanınan infeksiyanın H1N1 virusunun bir subtitrı olduğunu vurğulayan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, bu virus daha çox insan ölümü ilə nəticələndiyi üçün qripin digər növləri ilə müqayisədə daha təhlükəli sayılır. 

Vaxtı ilə "donuz qripi”ndən 700 nəfərə yaxın insanın bu virusdan tələf olduğunu deyən A.Qeybulla deyib ki, qrip yayılarkən Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı hesabat yayır və qripin yayılma arealı, o cümlədən təhlükəsi ilə bağlı məlumat verir: "Hava-damcı yolu ilə yoluxan infeksiyalar sərhəd tanımır. Əgər bu virus hər hansı dövlətin ərazisində yayılıbsa, bu onun sərhədləri ilə məhdudlaşacağı anlamına gəlmir. Virus başqa ölkələrə də keçə bilər, çünki insanlar daim miqrasiya edirlər və bəzən virus daşıyırlar. Onlara tam nəzarət etmək mümkün deyil. Ola bilər ki, xəstəliyin ağırlaşmış mərhələsində hər hansı insan görünüşü ilə diqqət çəksin və sərhəd keçid məntəqəsində saxlanılsın. Ancaq virusa təzə yoluxan, hələ tam xəstələnməyən adamı aşkarlamaq mümkün deyil, ola bilər ki, keçdiyi digər dövlətin ərazisində xəstəliyi aşkara çıxsın və yayılsın".

A.Qeybullanın sözlərinə görə, ölkəmizdə "donuz qripi” nə qarşı mübarizə tədbirləri genişləndirilməli, məsələ diqqət mərkəzində saxlanılmalıdır.

O, əhalinin maarifləndirilməsi istiqamətində də ciddi işlərin aparılmasına ehtiyac olduğunu düşünür: "Transsərhəd zonalarında, sərhəd keçid məntəqələrində adamlar ciddi yoxlanılmalı, şübhəli adamlar karantində saxlanmalı, əhaliyə mütəmadi tövsiyələr verilməli, camaata deyilməlidir ki, gur olan yerlərdə görünməkdən çəkinsinlər. İnsanlar özləri də bu müddət ərzində sağlamlıqlarının daha çox qeydinə qalmalı, ictimai yerlərdə maska ilə gəzməli və immun sistemini möhkəmləndirən vitaminli qidalara üstünlük verməlidir. Təmasların məhdudlaşdırılması, virusa yoluxan insanın və onun ətrafındakıların hansı şərtlərə riayət etməsi, virusdan müalicə qaydaları ilə bağlı məlumatlar verilməlidir.

Açıqlanan məlumatlar və ölüm sayından məlum olur ki, bu virus Gürcüstanda geniş yayılıb. Həmin ölkədən isə Azərbaycana daimi miqrasiya olduğu üçün "donuz qripi”nin Azərbaycana keçməsi tam realdır. Əgər günü sabah kimdəsə "donuz qripi” aşkarlansa, buna təəccüblənmək lazım deyil. Çünki Gürcüstan bizimlə sıx əlaqələri olan ölkələrin bəlkə də ən birincisidir”.

"Donuz qripi”nin çox ağır infeksiya olduğunu vurğulayan professor bu virusu adi qripdən fərqləndirən əlamətləri sadalayıb:

 "Yüksək temperatur, bel, əzələ ağrıları, ürəkbulanma, qusma kimi əlamətlərlə başlayır, sonra yuxarı tənəffüs yollarının katarı və s. əlamətlər müşahidə edilir. Virus orqanizmdə toxumaları çox sürətlə dağıtdığından vaxtında tədbir görülməsə, xəstəlik ölümlə nəticələnir. Ona görə də biz bu virusla mübarizədə çox ciddi tədbirlər görməliyik. Həm əhali maarifləndirilməli, həm də tibbi təhlükəsizlik tədbirləri gücləndirilməlidir”.

Şəymən

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə