Təqvim
Heydər Əliyev adına AAHM-də yeni obyektlər istifadəyə verilib (+FOTOLAR-VIDEO)
24 dekabr 2018 - 15:41

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak edib.
Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi hərbi məktəbin ərazisində ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Sonra Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti yeni tikilən klubun açılışını ediblər. Müdafiə nazirinə məlumat verilib ki, iki mərtəbəli klubda 520 nəfərlik iclas zalı, Heydər Əliyev muzeyi, kinoteatr, brifinq zalı və digər xidməti otaqlar var. Binada avtomatik işıqlandırma sistemi quraşdırılıb, klub akustika və mərkəzləşdirilmiş kondisioner sistemlərilə təchiz olunub. Ətrafda abadlıq işləri aparılıb, asfalt döşənib və yaşıllaşdırma sahəsi salınıb. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub.
Müdafiə naziri və rəhbər heyət tədris ocağında əsaslı təmir işləri aparılmış qış üzgüçülük hovuzu və atıcılıq tiri ilə də yaxından tanış olub.
Binanın açılışından və ərazi ilə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti, sosial-məişət, mənzil istismar və kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi təhsil müəssisəsinin zabit və kursantları ilə görüşərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunda aparılan islahatları, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirləri, təşkilat-ştat strukturunun təkmilləşdirilməsi məsələlərini, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələri diqqətə çatdırıb.
Müdafiə naziri döyüş hazırlığının artırılması məqsədilə silahlanmaya ən müasir döyüş texnikası, raket və artilleriya sistemləri, hərbi təyinatlı digər vasitələr qəbul edildiyini, modernləşmə aparıldığını, müxtəlif səviyyəli genişmiqyaslı təlimlərin keçirildiyini, yeni poliqonların tikildiyini və digər istiqamətlərdə həyata keçirilən fəaliyyətləri diqqətə çatdırıb.
General-polkovnik Z.Həsənov bildirib ki, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin daim diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi də dövlətimizin prioritet istiqamətlərindəndir.
Nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti rəhbərlik etdiyi kollektivə şəxsi nümunə və dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir.
Müdafiə naziri çıxışının sonunda hərbi məktəbin şəxsi heyətinə xidmətlərində uğurlar arzulayıb və onları qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının həmrəyli Günü və Yeni il bayramları münasibətilə təbrik edib, əmin olduğunu bildirib ki, hər bir hərbi qulluqçu üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli töhfəsini verəcəkdir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə