Təqvim
Türkiyə şirkəti sadə və ucuz telefonunu satışa çıxarır
05 noyabr 2018 - 09:39

Türkiyənin cib telefonu və planşet istehsalçısı "Reeder", ilk klavişli cib telefonu olan "F1"i bazara çıxarır. Telefonun ixracı da nəzərdə tutulur.

"BI" xəbər verir ki, "Reeder" İdarə Heyətinin sədri Uygar Saral verdiyi açıqlamada, Samsundakı zavodda istehsal olunan ilk sadə telefon olan "F1"in İnformasiya Texnologiyaları və Kommunikasiya Təşkilatının (BTK) razılığından sonra satışına başlandığını bildirib..

 "F1" klavişli telefon tələbatının ödənilməsi məqsədilə istehsal olunur. Xüsusən, yaşlı, uşaq və şirkətlər alıcılar olaraq hədəflənir. Telefonun yerlilik nisbəti 60%-dən yüksəkdir.

Təxminən 10 gün enerji saxlayan telefondan ilk fazada bazara 10 min ədəd çıxarılacaq.

Uygar Saral, "Samsunda qurduğumuz zavodumuzda istehsal etdiyimiz ilk telefon olması münasibətilə "F1" modelimiz bizim üçün mühümdür. Bu istehsal, personalın etibar qazanması baxımından da əhəmiyyət daşıyır. Sadə və asan istifadə imkanı verən telefonun rəngli ekranı, kamerası və internet əlaqəsi kimi əsas xüsusiyyətləri var",- deyib.

Saral bir həftəyə qədər telefonun satışına başlanacağını qeyd edərək, "F1"-in daxili bazardan sonra Rumıniya, Afrika və Dubayda satışa təqdim edilməsi üçün işlərimizi davam etdiririk", -ifadəsini istifadə edib.

Kamera, bluetooth, Mp3-Mp4, danışıq səsyazanı, 16 gigabaytlık mikro SD dəstəyi, GPRS kimi xüsusiyyətləri olan "F1"in qiymətinin 449 və 499 lirə (təxminən 140 və 155 manat) olacaqdır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
XARİCİ ƏLAQƏLƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə