Təqvim
Bakıda açıq zibilxanalar ləğv olunacaq
02 noyabr 2018 - 14:52

"", bu barədə Prezident İlham Əliyevin 2018-ci il 1 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya"da deyilir.

Sənəddə bildirilir ki, bərk məişət tullantılarının idarə edilməsi üzrə milli informasiya sisteminin yaradılması informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə ediləcək. Bunun üçün İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinə 2018-2020-ci müvafiq tədbirlər görmək tapşırılır.

Həmçinin cari ildə bərk məişət tullantılarının idarə edilməsi xidmətlərinə görə tariflər təkmilləşdiriləcək. Tarif (Qiymət) Şurası tərəfindən sahə üzrə səmərəliliyin artırılması məqsədilə mərhələli şəkildə yeni tariflər tətbiq ediləcək.

Bundan başqa, 2018-2022-ci illərdə İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda bərk məişət tullantılarının yığılması və daşınması xidmətinin təkmilləşdirilməsi ilə məşğul olacaq. Xidmətin əhatə dairəsi bütün yaşayış məntəqələrinə doğru genişləndiriləcək, bu sahə yeni texnika və tullantı konteynerləri ilə təchiz ediləcək.

Həmin dövrdə Bakı şəhərində çeşidləmə poliqonlarının və ötürücü məntəqələrin tikintisi, irihəcmli tullantıların yığılması mərkəzlərinin yaradılması, maşın və mexanizmlərlə təchiz edilməsi nəzərdə tutulur. Beləliklə, tullantılar yığılaraq son zərərsizləşdirmə sahəsinə çatdırılacaq.

Eləcə də Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti zamanı əmələ gələn bütün növ tullantıların zərərsizləşdirilməsi məqsədilə Sabunçu rayonunda müvafiq infrastruktur yaradılacaq, bununla da ətraf mühitə zərərli təsir minimuma endiriləcək, təhlükəli tullantılar və təhlükəsiz tibbi tullantılar vahid ərazidə zərərsizləşdiriləcək

Strategiyada qeyd olunur ki, 2018-2022-ci illər ərzində Bakı ərazisində yaranan söküntü və tikinti tullantılarının utilizasiyası məqsədilə müvafiq infrastruktur yaradılacaq, şəhərdə formalaşan söküntü və tikinti tullantıları vahid ərazidə utilizə ediləcək.

Sənəddə bildirilir ki, Milli Strategiyanın yerinə yetirilməsi bərk məişət tullantılarının əmələ gəldiyi yerlərdə (ev təsərrüfatları, sosial və ticarət obyektləri, idarə və təşkilatlar, istirahət və turizm obyektləri və s.) qida tullantılarının, kağız, plastik, metal, şüşə ilə yanaşı, söküntü və tikinti tullantılarının, habelə elektrik lampaları, köhnə və yararsız elektrik/elektronika cihazlarının, batareyaların, atılmış dərmanların və kimyəvi məhsulların kənarlaşdırılması və utilizasiyası mövcud problemlərin aradan qaldırılmasına, ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı toplanılma, daşınma və zərərsizləşdirilmə sisteminin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, əlavə xammal bazarının formalaşdırılmasına, təkrar emal sahələrinin qurulmasına, təkrar istehsal sahəsinə marağı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaradılmasına, dövlət büdcəsindən bu sahəyə ayrılan subsidiyaların tədricən azaldılmasına, göstərilən xidmətlər müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması istiqamətində işlərin daha da sürətləndirilməsinə, habelə beynəlxalq təcrübədən istifadə etməklə, müasir texnologiyalar əsasında yeni müəssisələr yaradılmasına, təkrar emal bazarının möhkəmləndirilməsinə və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verəcək.

Ümumilikdə Milli Strategiyanın məqsədləri bərk məişət tullantılarının yığılması xidmətlərinin Azərbaycandakı bütün yaşayış və qeyri-yaşayış müəssisələrinə doğru genişləndirilməsi; çeşidləmə, emal və tullantılardan təkrar istifadə yolu ilə ehtiyatların bərpa edilməsi potensialının artırılması; ictimai sağlamlığa və ətraf mühitə dəyən zərərin azaldılması məqsədilə potensial təhlükəli tullantıların xüsusi şəkildə idarə edilməsi; mənfi təsirləri azaltmaq məqsədilə ekoloji tələblərə cavab verməyən açıq zibilxanaların tədricən ləğv edilməsi, həmçinin müasir üsullar tətbiq edilməklə, bərk məişət tullantılarından enerji alınmasıdir.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© trend
Kateqoriya:
BANK
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə