Təqvim
Adambaşına düşən borcumuz nə qədərdir?
02 noyabr 2018 - 14:51

2018-ci il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə imzalanmış sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 9 milyard 600 milyon 200 min ABŞ dolları (16 milyard 320 milyon 300 min manat) təşkil edir.

Bu barədə “2019-cu ilin büdcə zərfi”ndə qeyd edilib. Bildirilir ki, imzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 21,9 faizini təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 966,2 ABŞ dolları olub. 

Ölkəyə cəlb edilmiş kreditlərin 47,1 faizini sabit dərəcə ilə olan kreditlər, 52,9 faizini isə dəyişən dərəcə ilə olan kreditlər təşkil edir. 

İmzalanmış müqavilələrə uyğun olaraq , xarici dövlət borcunun 41,3 faizi 10 ilə qədər olan müddətdə, 54,3 faizini 10 ildən 20 ilə qədər olan müddətdə, 4,4 faizi isə 20  ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.


Yeri gəlmişkən, "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"da göstərilib ki, xarici dövlət borcunun 2019-cu ildə 9 milyard ABŞ dollarından 2025-ci ildə 3,8 milyardABŞ dollarınadək azalacağı gözlənilir.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© modern
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə