"Rabobank"ın strateqi Piotr Matys, Türk Lirəsinin gedişinə dair qiymət verib. BI xəbər verir ki, TL-nin Dollar və Avro qarşısında daha çox dəyər qazanması üçün sahə olduğunu qeyd edən Matys, Dollar/TL və Avro/TL məzənnələrinin il sonuna qədər müvafiq olaraq 5.00 və 6.00 səviyyələrinə geriləyəcəyini vurğulayıb. Matys, TL-nin dəyər qazanmasının islahatlara bağlı olduğunu deyib. Bakı vaxtı ilə saat 10:43-də Dollar/TL məzənnəsi 5.5132 səviyyəsində olub.
Bütün hüquqlar qorunur © 2026