Təqvim
“Eldar Mahmudovun oğlunun bir neçə ofşor şirkəti var” - Sabiq nazirin dostu
14 dekabr 2018 - 10:56

Eldar Mahmudovun şəriki, sabiq nazirin milyonlarına nəzarət etmiş Sahib Ağayevin məhkəməsi davam etdirilir. Musavat.com bu cinayət işi ilə bağlı yeni təfərrüatlar əldə edib. 

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılan Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclasına hakim Samir Əliyev sədrlik edir. Məhkəmənin baxış iclası keçirilərkən hakimlər heyəti belə bir qərar qəbul etdi ki, proseslər bundan sonra qapalı keçirilsin.

Bildirək ki, bu iş üzrə zərərçəkmiş tərəflər Vergilər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir.

İttihama görə, Sahib Ağayevin rəhbərlik etdiyi şirkət 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin istəyi ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi avadanlıqların gətirilməsi və həmin sistemin qurulmasını həyata keçiribmiş.

İmzalanmış müqavilə şişirdilərək 90 milyon göstərilib. Bu məbləğin 30 milyon manatı Sahib Ağayevin xarici şirkətinin hesabına köçürülüb.

Qeyd edək ki, haqqında danışılan müqavilə Maliyyə Naziriliyi ilə “Main İnvestment LTD” arasında razılaşdırılıb. 90 milyon MTN-nin büdcəsinə yatırılıb. Bu məbləğin 30 milyonu Dominikan Respublikasındakı şirkətlərdən birinin bank hesabına köçürülüb. Oradan isə Eldar Mahmudovun oğlu Anar Mahmudovun Latviyanın paytaxtı Riqa şəhərindəki şirkətlərindən birinin hesabına köçürülüb.

Külli miqdarda mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən Sahib Ağayev barəsində olan cinayət işində şahid qismində Eldar Mahmudov da dindirilib. Eldar Mahmudovun ifadəsi Musavat.com-da dərc edilib.

Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz:
https://musavat.com/news/general-eldar-mahmudovun-istintaqa-ifadesi-ilk-defe-yeni-musavat-da_574730.html?d=1

Xatırladaq ki, Eldar Mahmudov şahid qismində dindirilərkən ondan 30 milyonun hara “yoxa” çıxması soruşulmuşdu. Amma sabiq nazir suallara cavabında bundan xəbərsiz olduğunu deyib.

Eldar Mahmudovdan oğlunun şirkəti və biznesi barədə də sual verilib. Digər suallara olduğu kimi, Eldar Mahmudov bu suala da “bilmirəm” cavabını verib. O, oğlunun Riqada və digər ölkələrdə bizneslə məşğul olmasından xəbərəsiz olduğunu söyləyib.

Amma Musavat.com-un əldə etdiyi məlumatdan bir daha aydın olur ki, Eldar Mahmudov yalan danışıb. Onun bu yalanını şəriki, dostu Sahib Ağayev ifşa edib.

Belə ki, Sahib Ağayev istintaqa ifadəsində Anar Mahmudovun bir neçə ofşor şirkətlərinin olduğunu təsdiqləyib. Lakin şirkətlərin sayı və adları barədə dəqiq məlumatının olmadığını deyib.

Sahib Ağayev həmçinin sabiq nazirin oğlunun Bakıda rəhbərlik etdiyi şirkətlər və biznesi haqda da ətraflı danışıb. O, Eldar Mahmudovun adamlarının xarici ölkələrdə kimlər vasitəsi ilə ofşor şirkətlər açması, necə idarə etməsini də izah edib. Sahib Ağyev həmin ifadəsində Mahmudovlarla bağlı maraqlı məqamları da açıb. Bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik.

Sahib Ağayev Qazaxıstanda saxlanılaraq Azərbaycana gətirilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, S.Ağayev Eldar Mahmudovun iş ortaqlarından və yaxın adamlarından biri olub.

Qeyd edək ki, “yoxa çıxan 30 milyon” işində Eldar Mahmudovun daha bir adamının Kanada vətəndaşı Kazem Askarinin adı keçir. Eldar Mahmudovla 1998-ci ildən dostluq edən Kazem bu işdə baş roldadır.

Belə ki, Avropa Oyunlarında Azərbaycanda quraşdırılan təhlükəsizlik sistemi məhz Kazemin Kanadadakı şirkətindən alınıb. Kazemin də bu işdəki fəaliyyəti haqda ətraflı məlumat verəcəyik.

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə