Təqvim
"Bu güzəşt vergi ödəyiciləri üçün bir torasalma əməliyyatı təsiri bağışlayacaq"
30 oktyabr 2018 - 17:10

Ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul əmək haqqıdan tutulan sosial ayırmaların işçi və işəgötürən arasında bölüşdürülməsi və muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergilə bağlı gözlənilən islahatlara münasibət bildirib.

Ekspert bu dəfə məsələ ilə bağlı mətbuata verdiyi açıqlamalarda toxunmadığı 2 vacib məqamdan danışıb: “Birinci vacib məqam, qeyri-neft sektoruna vəd olunan güzəştlərin müddəti məsələsidir. Mütləq güzəştlərin neçə il qüvvədə olması məsələsinə aydınlıq gətirilməlidir. Əks halda bu, vergi ödəyiciləri, işəgötürənlər üçün bir torasalma əməliyyatı təsiri bağışlayacaq. Bizim kimi vergi mədəniyyətinin və vergi inzibatçılığının aşağı olduğu ölkələrdə belə fəndlərdən geniş istifadə olunur.

Vergi dərəcəsi müvəqqəti aşağı salınır, burada məqsəd vergidən yayınan potensial vergi ödəyicilərini aşkara çıxarmaq, vergitutma bazasının hüdudlarını müəyyən etmək və sonradan vergi və sosial ayırmaların dərəcələrini əvvəlki vəziyyətinə qaytarmaq və yaxud daha da yüksəyə qaldırmaqdır. Ona görə də ölkədə vergi siyasətini müəyyənləşdirənlər son vaxtlar verdikləri vədlərdə nə qədər səmimi olduqlarını sübut etmək üçün mütləq həm muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergi, həm də sosial ayırmalarla bağlı güzəştlərin qüvvədə olma müddətini açıqlamalıdırlar.

İddia oluna bilər ki, bu dəyişikliklər güzəşt deyil, Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa nəzərdə tutulan növbəti dəyişikliklərdir. O zaman ilin əvvəlində Vergi Məcəlləsinə ildə bir neçə dəfə dəyişiklik olunması praktikasına son qoyacağı ilə bağlı bəyanat verən Vergilər Nazirliyinin yeni rəhbərliyi öz islahatçı kursuna sadiqlik nümayiş etdirməli və ən azı növbəti 5-7 ildə 8000 manata qədər əmək haqqıdan muzdlu işlə bağlı ödəmə mənbəyindən vergi tutulmamasına təminat verməlidir”.

Ekspert hesab edir ki, 25 faizlik sosial ayırmaların işçi və işəgötürən arasında bölünməsi nisbətində müəyyən azalmalara gedilməlidir: “Baxmayaraq ki, rəsmi olaraq 10%-lik sosial ayırma öhdəliyi işəgötürənin, 15% isə işçinin üzərindədir, faktiki, son nəticədə 25%-i işəgötürən ödəyir. Çünki işə qəbul olunan işçini hansı vergiləri ödəməsi deyil, ayın sonunda alacağı - vergilər tutulmuş net məbləğ maraqlandırır. Və əksər hallarda işçi işəgötürənlə məhz belə şərtləşir. Təbii ki, söylədiklərim yeni işə qəbul olunanlar nöqteyi-nəzərindən keçərlidir, cari işçilər isə yeni şərtlərlə 1 yanvar 2019-cu ildən başlayaraq əvvəlki illə müqayisədə daha yüksək əmək haqqı alacaqlar, çünki 14%-lik vergi yükündən (8000 manata qədər) azad olunurlar.

Nə qədər ki, gec deyil, sosial ayırma yükünün aşağı salınması imkanları bir daha gözdən keçirilməlidir, əks halda gizli məşğulluğun leqallaşdırılması ilə bağlı gözləntilər tam doğrulmaya bilər. Nəzərə alaq ki, işəgötürənlərin çox çəkindiyi Vergilər Nazirliyi 8000 manata qədər əmək haqqıdan gəlir vergisi tutulmadığına görə artıq əmək müqavilələrinin bağlanması məsələsini yoxlamaqda maraqlı olmayacaq. O zaman məsələnin ciddiliyi bütün çılpaqlığı ilə aydın olur”.

 

mks.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə