Təqvim
10 ildir yaşayış olan bina dövlət reyestrinə salınmır, sakinlər narazıdır
27 oktyabr 2018 - 11:06

Bakı şəhəri, Yasamal rayonu, Şəfəyət Mehtiyev küçəsi 1054 ünvanında “Tamam” şirkətinin  inşa etdiyi 18 mərtəbəli yaşayış binasının sakinləri mənzillərinin Dövlət reyestrinə salınmadığını iddia edirlər.

Bu barədə həmin binada yaşayan sakinlər bildiriblər.

Onların sözlərinə görə, 320 mənzilli yaşayış binasının təxminən 90 faizində yaşayış var: "Biz 10 ilə yaxındır ki, burada yaşayırıq. Lakin mənzillərimiz Dövlət reyestrinə salınmayıb. Evlərimizin "kupça"ları yoxdur. Buna görə də prezident seçkisində, referendumda iştirak edə bilmədik. Çünki qeydiyyata alınmamışıq. Yaşayış binasında müxtəlif təbəqədən insanlar yaşayır".

Sakinlər qeyd ediblər ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, digər qurumlara müraciət edilib: "Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, həmin ünvanda olan yaşayış binasında olan problemin həlli yalnız yaşayış kompleksinin sifarişçisinin vəzifə və öhdəliklərinə aiddir və bu prosedur Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri nəzərə alınmaqla yerinə yetirilməlidir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti qeyd edib ki, problemləri şirkət rəhbərliyi həll etməlidir. Bundan başqa, bələdiyyədən də gəlirlər ki, bələdiyyə pulunu verin. Axı, bizim problemlərimiz həll olunmayıb, lakin onlar bizdən pul istəyirlər. Sakinlər hazırda başqa-başqa ünvanlarda qeydiyyatdadır".

Sakinlər vurğulayıb ki, problemləri ilə bağlı “Tamam” şirkətinə də müraciət ediblər: "Lakin bizim mövcud problemimiz hələ də həll olunmayıb. Onlarla sonuncu görüşümüzdə "gedin nə ürəyiniz istəyir edin" söylədilər. Daha bezmişik. Düzdür, bina normal şəkildə tikilib, komunal xərcləri də ödəyirik. Əsas problemimiz Dövlət reyestrində qeydiyyata salınmaqdır".

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© report
Kateqoriya:
İnşaat və əmlak
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə