Təqvim
1 avro 1 dollar ola bilər - ANALİTİKA
26 oktyabr 2018 - 14:49

 Avropa Mərkəzi Bankının (ECB) ötən gün keçirilmiş növbəti iclasında uçot dərəcəsi gözlənildiyi kimi dəyişdirilmədi və 0% səviyyəsində saxlanıldı. Qurum həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqlədi.

Analitik qrup bildirir ki, ECB 2019-ci ilin yayına qədər uçot dərəcəsini indiki səviyyədə saxlamağı planlaşdırır.

Bununla belə, inflyasiya ilə bağlı müəyyən edilmiş minimal həddi təmin etmək üçün ortamüddətli dövrdə faiz dərəcəsinin 2%-ə çatdırılacağı istisna deyil.

ECB-dən fərqli olaraq ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini artırmaqda davam edir. Xatırladaq ki, qurumun Açıq Bazar Əməliyyatları Komitəsinin sentyabrın 25-26-da keçirilmiş iclasında uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 1,75-2%-dən 2-2,25%-ə çatdırılmasına qərar verilib. Bu ilin dekabr ayında növbəti faiz artımının baş tutacağı bildirilir.

Analitik qrupu hesab edir ki, ECB-nin faizləri sabit saxlaması, FED-in isə artırması fonunda bu ilin sonuna qədər 1 avro 1-1,1 dollara qədər ucuzlaşa bilər. Xatırladaq ki, USD/EUR nisbəti 2018-ci ilə 1,2 səviyyəsi ilə başlayıb. İl ərzində bu nisbət 1,25-ə qədər artsa da, hazırda 1,13-1,14 civarındadır.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© report
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə