Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-sentyabr ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb. "Bİ" Birjaya istinadən xəbər verir ki, renkinqə 6 277 mln. manatlıq göstərici ilə "Paşa Kapital İnvestisiya Şirkəti” başçılıq edir. Növbəti yerlərdə 3 957 mln. manatla “Unicapital İnvestisiya Şirkəti", 3 571 mln. manatla AzFinance İnvestisiya Şirkəti" QSC, 3 529 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 1 418 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 424 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb. Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.
№
İnvestisiya şirkətləri
Əməliyyatların həcmi, AZN
1
Paşa Kapital
6 276 859 003,72
2
Unicapital
3 957 043 650,37
3
AzFinance
3 570 516 658,46
4
İnvest-Az
3 528 485 223,73
5
Xalq Kapital
1 417 916 611,16
6
PSG Kapital
423 954 180,77
7
Kapital Menecment
-
Bütün hüquqlar qorunur © 2026