Təqvim
Azərbaycanda satılan ən bahalı telefonlar - TOP-5
25 oktyabr 2018 - 14:42

Azərbaycanlılar danışmağı çox sevir. Bu sübuta ehtiyacı olmayan faktı təsdiqləmək üçün bircə nüansı deyək ki, ölkə büdcəsinə qeyri-neft sektorundan ən böyük daxilolma məhz mobil operatorların xidmətlərindən gəlir. Bundan başqa, Azərbaycanda mobil telefon sosial statusun görüntüsünə çevrilib: ac qalıb bahalı telefona kredit ödəyənlər az deyil.

Hazırda satışda olan ən bahalı telefonlar

Beləliklə, hazırda mobil telefon satışı mərkəzlərində satılan: 

- Ən bahalı telefon “iPhone XS Max 256GB” smartfonudur. Qiyməti 3299 manatdır.

Qiymət bahalığına görə:

- “iPhone XS 256GB” smartfonu ikincidir. Qiyməti 3099 manat təşkil edir. A12 Bionic, Yeni nəsil Neural Engine prosessoruna malikdir.

- “iPhone XS 64GB” smartfonu isə 2599 manata satılır. Və bu son modellər suya davamlılığı ilə öyünür.

- “Samsung Galaxy Note9” (Midnight Black) qeyd etmək olar. Smartfonun qiyməti  2099 manatdır.

- “Vertu Constilition Ceramika”. İşlənmişi 1 550 manatdır. Bilənlər bilir ki, bu telefonun funksionallığı çox zəifdir, daha çox sosial nüfuzunu görüntüləmək vasitəsidir.

“Çox yaxşı satılır”

Bu gün mobil telefonları əksər azərbaycanlılar həm də maddi vəziyyəti barədə ismarıc kimi göstərirlər. Bu fikrə, əslində, şübhəmiz yox idi, amma yenə də araşdırmaq qərarına gəldik. Beləliklə, telefon satış mərkəzləri üç mindən yuxarı mobil telefonların satışından çox razıdırlar.

“Soliton” Mağazalar Şəbəkəsi: “Çox yaxşı satılır. Nağd da alan var, kreditlə də. Kredit şərtləri budur ki, dəyərinin 20 faizi əvvəlcədən ödənilir, üstəlik, dəyərinin 30 faizi həcmində kredit faizi qoyuruq”.

Beləliklə, təsəvvür edin ki, kimsə üç minlik telefon gəzdirmək üçün nağd pulu olmadığı halda, kreditə girir!

“Yeddi min dollarlıq telefon gətirmişdilər”

Bakının ən məşhur telefon ustası Aqşin Abdulla:

“Mənə təmir üçün gətirilən ən bahalı telefon yeddi min dollarlıq olub. Detalı tapılmadığından təmir edə bilməmişəm. Bir də qızıl suyuna salınmış, üzərinə dövlət rəsmilərinin şəkilləri həkk edilmiş telefonlar da bahalıdır. Bu telefonlar, əsasən, məmurlarda olur”.

“Belə adamlardan ehtiyat edirəm ki, yəqin, nəsə problemi var”

Uzun müddətdir ki, mobil rabitə bazarının ən böyük müştərisi ilə əməkdaşlıq edən Samir İsmayıl:

“Ətrafımdakı insanlarda bahalı telefonlar çox görmüşəm. Xüsusən bir dəfə “Vertu” diqqətimi çəkib. Bu telefonu başa düşmürəm, heç bir funksionallığı yoxdur, amma varlılar onu gəzdirməyi çox sevirlər. Açığı, belə insanları görəndə bir qədər ehtiyat edirəm ki, yəqin, nəsə problemi var.

Yadımdadır ki, bir neçə il əvvəl telefon ticarəti ilə məşğul olan azərbaycanlı tanışım mənə zəng vurdu ki, Dubaydayam, arxası qızıldan, üstündə brilyant qaşları olan telefon var, 25 min dollara! Güldüm, bunu kim eşitsə, gülər! Ümumiyyətlə, telefona bu qədər çox pul verənləri başa düşmürəm, axı nəyə lazımdır? Heç aldığımız telefonun funksionallığının 40 faizini belə istifadə etmirik”.

P.S. XXI əsrdə mobil telefonlarsız yaşamaq mümkün deyil. Düşünün, bir soyuducunu neçə il işlədirik, bir telefonu nə qədər? Soyuducunu ancaq sizin evə gələn görür, telefonu isə hamıya göstərirsiniz. Bax, əsl məsələ budur: göstərmək xəstəliyi.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© oxu
Kateqoriya:
XARİCİ ƏLAQƏLƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə