Təqvim
Bu bölgələr öz büdcəsini müstəqil formalaşdıracaq - SİYAHI
25 oktyabr 2018 - 12:16

2019-cu ildə 34 şəhər və rayon dövlət büdcəsindən dotasiya tələb etməyərək öz büdcəsini müstəqil formalaşdıracaq.

2019-cu ilin dövlət büdcə zərfində qeyd olunub ki, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri, Abşeron, Ağcabədi, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları xərclərini öz gəlirləri hesabına təmin edəcək.

2019-cu ildə dövlət büdcəsinin yerli xərcləri 840,8 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2018-ci il ilə müqayisədə 116,9 mln. manat və ya 16,1% çoxdur.

Xərclərin artımının əsas səbəbi 2018-ci ildə dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərin əmək haqlarının və bəzi sosial müavinət və təqaüdlərin məbləğlərinin, məktəbəqədər təhsil müəssisələrində ərzaq məhsullarının alınması xərclərinin artması, ezamiyyə xərclərinin, mühafizə xərclərinin, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənişlərin artması ilə bağlı olub.

Yerli xərclərin 238,4 mln. manatı və ya 28,4%-i təhsil xərclərinə (məktəbəqədr uşaq müəssisələrinin maliyyələşdirilməsi xərcləri), 231,5 mln. manatı və ya 27,5%-i səhiyyə xərclərinə, 230,9 mln. manatı və ya 27,5%-i mənzil və kommunal təsərrüfatı xərclərinə, 110 mln. manatı və ya 13,1%-i icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə, 8,6 mln. manatı və ya 1%-i mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclərə, 21,4 mln. manatı və ya 2,5%-i isə digər xərclərə yönəldiləcək.

İqtisadi təsnifata uyğun olaraq 2019-cu il dövlət büdcəsinin yerli xərclərində əməyin ödənişi xərcləri 366,5 mln. manat, idarənin saxlanılması xərcləri 26,1 mln. manat, kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi ilə bağlı xərclər 40,1 mln. manat, ərzaq məhsullarının alınması xərcləri 108,9 mln. manat, abadlaşdırma xidmətləri haqqının ödənilməsi xərcləri 160,4 mln. manat, subsidiyalar və cari transfertlər 14,8 mln. manat, istehlak mallarının və materiallarının alınması xərcləri 21,1 mln. manat, əsaslı xərclər 54,2 mln. manat, qeyri-maliyyə aktivlərinin alınması xərcləri 7,2 mln. manat və digər xərclər 41,5 mln. manat təşkil edəcək.  

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© report
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə