31 oktyabr 2023 - 20:44
“Əgər icazəsiz iğtişaşlara gedən bir nəfər də olsa, onu saxlayıb həbs edin. Yaxud havaya üç dəfə xəbərdarlıq atəşi açın və bundan sonra həmin şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun. Daha çıxmayacaqlar. Bu, mənim əmrimdir”, - deyə Kadırov respublika hökumətində keçirilən müşavirədə Daxili İşlər Nazirliyinin və Rusiya Milli Qvardiyasının nümayəndələrinə bildirib.
Bazar günü Mahaçqalada yerli sakinlər Təl-Əvivdən gələn təyyarənin uçuş-enmə zolağına daxil olublar. Bildirilib ki, onlar gələn İsrail vətəndaşlarını axtarır, həmçinin ərazidən çıxan avtomobilləri yoxlayırlar.
Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Departamentinin məlumatına görə, 83 nəfər saxlanılıb. Kütləvi iğtişaşlarla bağlı cinayət işi açılıb.
Kadırovun daha əvvəl dediyi kimi, “Çeçenistanda belə bir təxribatın qarşısı alınıb”. O, Dağıstandakı hadisələri şərh edərkən qeyd edib ki, “Rusiyanın düşmənlərinin ardınca getmək və vəziyyəti daxildən sarsıtmaq olmaz”.