Çapa göndər
Bələdiyyə seçkiləri üçün ayrılacaq vəsaitin həcmi məlum oldu

24 oktyabr 2018 - 17:06

Azərbaycanda gələn il keçiriləcək bələdiyyə seçkiləri üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb.

"Bİ" xəbər verir ki, 2019-cu ildə bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı növbəti ilin dövlət büdcəsindən 53 milyon 900 min manat vəsaitin ayrılması nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin büdcə zərfi Milli Məclisin noyabrın 13-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.