Çapa göndər
Dövlət büdcəsindən nazirliyə ayrılacaq vəsait artırılır

24 oktyabr 2018 - 10:14

Gələn ilin dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) ayrılacaq vəsait artırılır.

“2019-cu ilin büdcəsindən ETSN-ə 9 milyon 298 min 685 manatın ayrılması planlaşdırılır.

Bu məbləğ 2018-ci ildəki vəsaitdən 1 milyon 648 min 133 manat çoxdur.

Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.