Çapa göndər
İrana qarşı 9-cu sanksiya paketi qəbul edildi

26 iyun 2023 - 19:17

İrana qarşı 9-cu sanksiya paketi qəbul edildi

Avropa İttifaqı (Aİ) ölkədə insan hüquqlarının pozulması səbəbindən İrana qarşı 9-cu sanksiya paketini qəbul edib.

CAN VƏTƏN xəbər verir ki, qərar Aİ-nin rəsmi jurnalında dərc edilib.

İranın 7 məmurunun adı "qara siyahı"ya salınıb. Onlardan ikisi qubernator, biri prokuror, biri hakim müavini və üç nəfəri polis əməkdaşıdır.

Adları "qara siyahı"ya salınan şəxslərin hamısına Avropa İttifaqı ölkələri ərazisinə girişi bağlanıb və onların Avropadakı aktivlərinin bloklanacağı qərara alınıb.