Çapa göndər
UTANIR -Gülağa Tənha:

11 iyun 2023 - 17:08

Gülağa Tənha:

UTANIR

 

Mənim ocağımın üzünə bir bax!
Tüstüdən boğulan közü utanır.
Vüqarlı dağlardan boy göstərəndə
Yüzü daldalanır, yüzü utanır.

 

 

Görən hara baxır gözləri göyçək?
Dəli baxışını gözlərimə çək…
Mənim ürəyimin nurunu görcək
Ay nədi, günəşin özü utanır.

Küləyə bürünüb titrəyin, əsin,
Dolan buludları doğrayın, kəsin…
Tənha dillənəndə öyünən kəsin
Dilini yandıran sözü utanır…