Çapa göndər
Əsginaslar bankda yenilənmək əvəzinə zibil qablarına atıldı

12 avqust 2022 - 16:39

Sosial şəbəkələrdə manatla bağlı ürəkağrıdan video yayılıb.

Görüntülərdə Azərbaycanın milli pul vahidi olan müxtəlif əsginaslar öz əskini tapıb. Əzilmiş və parçalanmış vəziyyətdə olan xeyli sayda 1, 5 və 50 AZN olan pul vahidləri paytaxtdakı zibil qutularından birində aşkarlanıb.

Milli valyutanın acınacaqlı halını əks etdirən görüntülər onlayn platformalarda paylaşılaraq səs-küy yaradıb.

Belə ki, pulların zibil qabına atılması sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Onlar əsginasların banklarda yenisi ilə əvəzlənə biləcəyi halda, zibil qabına atılmasına etiraz ediblər.