Çapa göndər
Məhərrəm ayının başlanacağı tarix açıqlandı

25 aprel 2022 - 13:28

Bu il üçün Məhərrəm ayının başlanma tarixi açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, Miladi təqvimi ilə iyulun 30-u Məhərrəm ayının ilk günüdür.

Belə ki, Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir.

Məhərrəm ayının 10-u - Aşura günü isə avqustun 8-nə düşür. Aşura günündə ənənəvi qanvermə aksiyaları keçirilir.

Avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.