19 aprel 2022 - 11:49
TƏBİB Göyçay rayonunda kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb.
Hadisə aprelin 18-i Göyçay şəhəri, Nizami Gəncəvi küçəsindəki “Zeynəb” restoranında qeydə alınıb. Oradakı iftar süfrəsində iştirak edən 10 nəfər məclisdən sonra özlərini pis hiss ediblər. Onların hər biri bu gecə saat 1 radələrində rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İlkin ehtimala görə, zərərçəkmişlərin pomidordan zəhərləndikləri bildirilir.
Qurumdan bildirilib ki, 19.04.2022-ci il saat 00:49-da 10 nəfər (10 kişi) alimentar qastrit diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub:
“Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar”.