Çapa göndər
Zakir Həsənov Sergey Şoyqu ilə Qarabağı müzakirə etdi

25 mart 2022 - 18:32

Azərbaycan Respublikasının müdafiə naziri ilə rusiyalı həmkarı arasında telefon danışığı olub.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.

Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.