Çapa göndər
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi

12 mart 2022 - 11:24

Bu gün Azərbaycandan növbəti dəfə Ukraynaya qida məhsulları, dərman və tibbi ləvazimatdan ibarət humanitar yardım göndərilib.

380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.

Təyyarə saat 09.00-da havaya qalxıb.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.