Çapa göndər
Azərbaycanlılar Ukrayna üçün bir günə 3,5 tondan çox yardım topladılar

01 mart 2022 - 13:48

Ukraynanın Azərbaycandakı səfiri azərbaycanlıların Ukrayna üçün topladığı humanitar yardım və dəstəkdən bəhs edib. 

Bu barədə Vladislav Kanevski "Facebook"dakı hesabında yazıb.

"Azərbaycanlılar Ukraynaya humanitar yardımla dəstəyin verilməsində fəal iştirak edirlər. İnsanlar təcili lazım olan hər şeyi gətirirlər. Son 24 saat ərzində 3,5 tondan çox yük toplanıb ki, bu yardım tezliklə Ukraynada olacaq.  Qardaş Azərbaycan xalqına təşəkkür edirik!  Müharibəni birlikdə dayandıracağıq!", - səfir qeyd edib.