Çapa göndər
Ermənilər deputatlarımıza qarşı təxribat törədərək yolu bağladılar +FOTO=5

21 fevral 2022 - 15:14

Ermənistanda özlərini müharibə iştirakçıları adlandıran bir qrup şəxs Azərbaycan Milli Məclisinin deputatlarının İrəvana gəlişinə etiraz olaraq "Zvartnots" Beynəlxalq Hava Limanına gedən yolu bağlayıblar.

Onlar Azərbaycan nümayəndə heyəti üzvlərinin İrəvana səfərinin əleyhinə olduqlarını bildiriblər.

Qeyd edək ki, Avronest Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Bununla bağlı Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda səfərdədirlər. Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.