Çapa göndər
İşdən çıxarılan icra başçısının əmlaklarının SİYAHISI

19 yanvar 2022 - 15:15

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülmməmədova vəzifəsindən azad edilib.

"Unikal" işdən çıxarılan İ.Gülmməmədovanın əmlaklarının siyahısını əldə edib:

Varovski qəsəbəsində “Vimay- Med” klinikası, “Af - Gen” klinikası;

Binəqədi rayonu, Varovski qəsəbəsində 4 mərtəbəli villa və "Zümrüd" uşaq bağçası;

Binəqədi rayonu, 9-cu mikrorayonunda Zeytunluq adlanan ərazisində 20 sot torpaqda üçmərtəbəli villa; Qeyd edək ki, Zeytunluq adlanan ərazidə 1 sot torpağın qiyməti 150 min manat dəyərindədir. Villanın tikintisi isə 1 milyona başa gəlib.

Quba rayonu, Qəçreş kəndində 20 sot torpaqda villası;

Görədil və Masazır qəsəbələrində villası;

Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən 200 kvadratmetrlik mənzil, həmçinin Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin yaxınlığında 2 mənzil;

Bakı şəhərində apteklər şəbəkəsi;

Saray və Fatmayı qəsəbələrində hektarlarla torpaq sahəsi;

Qeyd edək ki, İ.Gülməmmədova qanunsuz topladığı vəsaitləri həyat yoldaşının köməyi ilə Gürcüstana keçirib.