Çapa göndər
Bakıda xəstəxanadan oğurluq edildi

25 dekabr 2021 - 11:51

Bakıda xəstəxana qarət olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 22-də paytaxtın Nizami rayonu ərazisindəki tibb müəssisələrinin birindən 14 ədəd kompyuter və 2 monitor oğurlanıb.

Bu barədə Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Mehdiyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.