Çapa göndər
Ermənistan prezidenti: "Sülhməramlılar Qarabağda həmişəlik qalmalıdı"

08 noyabr 2021 - 18:02

Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın “Arqumenti i Faktı” jurnalına müsahibə verib.

 

Sarkisyan Qarabağda sülhməramlıların həmişəlik qalmalı olduğunu deyib.

 

“Rusiya sülhməramlı kontingenti Qarabağda həmişə lazımdır. Rusiya ordusu onilliklər, yüzilliklər boyunca bu ərazilərdə olub. Onların Qarabağda mövcudluğu çox önəmlidir”.