26 oktyabr 2021 - 17:18
Xeyriyyəçi-şair Gülağa Tənhanın “Azərbaycana bağlıyam“ adlı kitab təqdimatı keçirilmişdir. Müəllifin on cildlik kitablarının beş cildi oxuculara təqdim olundu. Təqdimat mərasiminə Azərbaycanın tanınmış simaları, elm və incəsənət xadimləri iştirak etmişdir. Video link bölməsində tədbirin anonsu, Pontamim teatrının çıxışı və Xalq artisti Məsum İbrahimovun “Qarabağ” qəzəlini ifa etməsini izləyə bilərsiniz.
Bu geniş dünyada ən doğma yerimsən, Qarabağ,
Göy üzündə Günəşim, həm qəmərimsən, Qarabağ.
Heyran etmiş hamını ruhu saran şərqilərin,
Qəlblərə hakim olan nəğmələrimsən, Qarabağ.
Çox olub xoş günümüz, növrağımız qoynunda,
Dünyanın başına daş, qəm-kədərimsən, Qarabağ.
Tarixin dəftərinə yazmısan öz adını sən,
Xalqımın tarixisən, şah əsərimsən, Qarabağ.
Şəhid oldu sənin uğrunda neçə qəhrəmanım,
Neçə dastanlara layiq hünərimsən, Qarabağ.
Qaniçən yağı dilər ki, səni bizdən ayıra,
Öz qanında boğular, çün zəfərimsən, Qarabağ.
Millətim birləşərək yurdumu azad edəcək,
Gecədən sonrakı bir al səhərimsən, Qarabağ.
Gülağa Tənha