23 sentyabr 2021 - 17:11
İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Cəsəd Füzuli rayonunda aşkar edilib.
Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1 669 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.