Çapa göndər
Erməni işğalının nəticələri barədə hesabat hazırlanacaq

23 sentyabr 2021 - 16:50

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası Azərbaycan ərazilərinin erməni işğalı altında olduğu dövrdə törədilən insan hüquqları pozuntuları, o cümlədən mədəni, dini və digər hüquq pozuntuları barədə hesabat hazırlayacaq.

 

Bunu Təşkilatın Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin müavini Hacı Ali Açıqgül jurnalistlərə deyib.

 

O bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətlə bağlı hesabat 2022-ci ildə İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirəyə təqdim olunacaq.

 

H.Açıqgül vurğulayıb ki, bu gün komissiya üzvləri Azərbaycan rəsmiləri ilə görüşəcəklər, sabah isə azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəcəklər.