07 sentyabr 2021 - 11:55
"Ölkəmizin siyasi rəhbərliyi ilə Azərbaycanın siyasi rəhbərliyinin bəyanatları bir-birinə ziddir, çünki Azərbaycan bizdən dövlət sərhədlərini qarşılıqlı şəkildə tanımağımızı tələb etdiyi halda Ermənistan isə deyir ki delimitasiya aparaq".
Bu fikirləri Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyan deyib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələrin olmaması delimitasiya məsələsini də çətinləşdirir.
Movses Akopyan da qeyd edib ki, delimitasiya və demarkasiya ilə bağlı bəyanatlar hələ prosesin başlanğıcı demək deyil. Onun sözlərinə görə, bunun üçün diplomatik münasibətlərə əlavə olaraq, Ermənistan və Azərbaycan bir-birinin sərhədlərini tanımalı, sənəd razılaşdırmalı, sonra iki ölkə arasında razılaşdırılmış xəritələr üzrə komissiya yaradılmalı və yalnız bundan sonra delimitasiya və demarkasiya prosesi həyata keçirilə bilər.
"Bütün bunlar danışıqlar və razılaşmalara ehtiyac olduğunu göstərir. Ermənistan normal danışıqlar apara bilirsə, Qarabağı itirmədən "Azərbaycanın bütövlüyünü" tanıya bilər".