Çapa göndər
Çanaqqalada güclü meşə yanğını baş verib

02 sentyabr 2021 - 09:45

Türkiyənin Çanaqqala vilayətinin Bayramiç rayonunda yerləşən məşəlik ərazidə güclü yanğın baş verib.

Rayon mərkəzindən 15 kilometr uzaqlıqda çıxan yanğının yaşayış ərazilərinə yayılmaması üçün ölkənin bütün imkanları səfərbər edilib. Yanğının söndürülməsinə bir təyyarə, altı helikopter, 30-dan artıq yanğınsöndürən maşın və çox sayda canlı qüvvə cəlb olunub.