Çapa göndər
Türkiyədə əksər meşə yanğınları lokallaşdırılıb

03 avqust 2021 - 20:06

Türkiyə artıq 7-ci gündür genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparır.

Əksər yanğın ocaqları nəzarət altına alınıb.

Bununla belə üç bölgədə təbii fəlakətlə mübarizə davam edir.

Hazırda Muğla, Sparta və Antalyadakı yanğınların lokallaşdırılması istiqamətində lazımi işlər aparılır.