Çapa göndər
Gədəbəydə 932 kiloqram narkotik maddə məhv edildi

02 avqust 2021 - 19:21

Gədəbəydə yabanı halda bitən çətənə kolları məhv edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gədəbəy rayonu Dəyə-Qarabulaq kəndinin yaylaq ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

 

Ümumi çəkisi 932 kiloqram olan, 1432 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.