Çapa göndər
Vaxtından əvvəl yaşlanmağa səbəb olan 7 AMİL.

22 dekabr 2020 - 14:47

İnsanların vaxtından əvvəl yaşlanması genetik xüsusiyyətlərlə yanaşı ətraf mühit təsirlərindən və müxtəlif vərdişlərdən asılıdır.

Yaşlanmaya təsir edən amilləri təqdim edir:

1. Həddindən artıq arıq olmaq - Arıq insanlarda dəridə vaxtından tez qırışlar yaranır.

2. Gözləri ovuşdurmaq - Göz çevrəsində olan həssas dərinin qaralmasına və qırışmasına səbəb olur.

3. Yuxusuzluq - Yuxu zamanı heceyrələrin yenilənməsi üçün vacib olan hormonlar ifraz edilir.

4. Üzüstü və ya yan yatmaq - Həmçinin bu formada yatmaq sağlamlıq üçün də zərərlidir.

5. Stress - Artıq hamıya məlumdur ki, stress sadəcə erkən yaşlanmaya yox, həm də vaxtsız ölümlərə səbəb olur.

6. Günəş eynəyi istifadə etməmək - Günəşə baxarkən gözləri qısmaq qırışıqlıq yaradır.

7. Sabundan istifadə etmək - Sabun dərini qurudur və təbii yağların ifrazını zəiflədir. saqlamheyat.az