08 yanvar 2021 - 23:21
Olimpiya çempionu yığmanın yeni kapitanıdır
Azərbaycanın sərbəst güləş üzrə yığmasının liderlərindən biri və London Olimpiadasının (2012) qalibi bu gündən yığmanın kapitanıdır. Söhbət titullu güləşçimiz Şərif Şərifovdan gedir. Qeyd edək ki, yığmanın bundan əvvəlki kapitanı Cəbrayıl Həsəınov idi. O, idmançı karyerasını bitirdiyi üçün kapitan sarğısını verməli olub. Şərif Şərifovun yığmaya kapitan olmasını AGF-ini prezidenti vəzifəsini icra edən Namiq Əliyev elan edib. Xatırladaq ki, Gərifov London Olimpidasının qalibi olmaqla yanaşı, dünya (DÇ-2011) və Avropa (EURO-2019) çempionatının da qalibi olub.
İNTİQAM Məmmədov