03 dekabr 2020 - 12:49
Bu dəfə sizə xeyriyyəçi-şair Gülağa Tənhanın öz səsində “ Gedirsən arxanca gözüm yaş tökür” şeirini təqdim edirik. Şeir şairin on cildlik kitabının II cildində yer alır. Kitabda yazılan tarixdın bəlli olur ki, şeir 1999 – ci ildə Moskvada yazılmışdır.
GEDİRSƏN, ARXANCA
GÖZÜM YAŞ TÖKÜR…
Gedirsən, ömrümün cığırlarında,
Sənli günlərimin közü qalıbdı.
Əlində əlimin odu-atəşi,
Üzündə gözümün izi qalıbdı.
Ömrünü-gününü ünvan elədin,
Niyə inadınla yad daşı üçün?!
Sabit eksponat olub xatirən
Gülağa Tənhanın yaddaşı üçün.
Gedirsən, a zalım, tənhalaşıram,
Titrəyir ocağım, qaralır közüm.
Kövrək xatirənlə pıçıldaşıram,
Gedirsən, arxanca yaş tökür gözüm…
Getdin…
Xatirələr burulğanında,
Sən özün özünü itirəcəksən.
Tənhadan ayrıldın…
Ömür tağında
Acı bir tənhalıq bitirəcəksən...
Moskva, 1999
#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons