Çapa göndər
koronavirusdan 335 nəfər öldü

24 oktyabr 2020 - 13:30

Son sutka ərzində İranda 6 min 134 nəfər koronavirusa yoluxub, 335 nəfər isə vəfat edib 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 556 min 891 nəfər, ölənlərin sayı isə 31 min 985-ə çatıb.

Müalicəsi davam edən 4 min 933 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 446 min 685 nəfər sağalaraq evə buraxılıb. İranın 5 böyük şəhərinə müvəqqəti olaraq giriş-çıxış qadağan edilib.