Çapa göndər
Düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə məruz qalıb

30 sentyabr 2020 - 13:52

CanVətən.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub.

Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.