29 avqust 2020 - 18:19
29 avqust 2020-ci il tarixində Enactus Azərbaycan Milli Yarışmasının birinci mərhələsi keçirilib. Bakı Dövlət Universitetinin Enactus komandası yarışda - EcoPrint, PlasKet və Yoldaş layihələri ilə çıxış edib.
Komandamız II liqada yarışaraq ən yüksək bal toplayıb və final mərhələsinə vəsiqə qazanıb.
Yarışda Respublikamızın 14 Ali məktəbi iştirak edib. 700-dən çox tələbə, 20 fakültə məsləhətçisi, 13 biznes liderin iştirak etdiyi yarışda komandalar 2 liqada yarışıblar.
Avqustun 30-da Milli yarışmanın final mərhələsi keçiriləcək və qalib komanda Niderlandda baş tutacaq Dünya Enactus Kuboku yarışmasında ölkəmizi təmsil edəcək.
Bugünkü qələbə münasibətilə BDU Enactus komandasını təbrik edirik və qalib olmağı arzulayırıq!