Çapa göndər
Gülağa Tənha " GEDİRSƏN, ARXANCA GÖZÜM YAŞ TÖKÜR…" şairin öz səsi ilə

15 avqust 2020 - 15:00

Bu dəfə sizə tanınmış xeyriyyəçi-şair Gülağa Tənhanın məhz özü səsləndirdiyi şeirlərindən birini təqdim edirik. “GEDİRSƏN, ARXANCA GÖZÜM YAŞ TÖKÜR… ” adlanan şeirə dəfələrlə xanəndələr tərəfindən müraciət edilərək ifa olunmuş və redaksiyamız tərəfindən də həmin görüntülər işıqlandırılmışdır. Beləliklə, yeni videoçarxa vidoe link bolməsində izləyə bilərsiniz...


GEDİRSƏN, ARXANCA
GÖZÜM YAŞ TÖKÜR…


Gedirsən, ömrümün cığırlarında,
Sənli günlərimin közü qalıbdı.
Əlində əlimin odu-atəşi,
Üzündə gözümün izi qalıbdı.
Ömrünü-gününü ünvan elədin,
Niyə inadınla yad daşı üçün?!
Sabit eksponat olub xatirən
Gülağa Tənhanın yaddaşı üçün.
Gedirsən, a zalım, tənhalaşıram,
Titrəyir ocağım, qaralır közüm.
Kövrək xatirənlə pıçıldaşıram,
Gedirsən, arxanca yaş tökür gözüm…
Getdin…
Xatirələr burulğanında,
Sən özün özünü itirəcəksən.
Tənhadan ayrıldın…
Ömür tağında
Acı bir tənhalıq bitirəcəksən...


Gülağa Tənha (Qənbərov) Moskva, 1999

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха